​Dünya bazarında əksər indekslər yüksəlib

​Dünya bazarında əksər indekslər yüksəlib Qızıl və avro da bir qədər bahalaşıb
Maliyyə
17 May , 2016 09:23
​Dünya bazarında əksər indekslər yüksəlib

Bakı. 17 may. REPORT.AZ/ Mayın 16-da Amerika fond bazarında "Dow Jones" indeksi 1,00% bahalaşaraq 17 710,71 bənd, "S&P 500" indeksi 0,98% artaraq 2 066,66 bənd, "Nasdaq" isə 1,22% irəliləyərək 4 775,46 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,21% bahalaşaraq 6 151,40 bənd, Fransa "CAC-40"-ı 0,18% azalaraq 4 312,28 bənd təşkil edib.

Mayın 16-da Almaniyada “Müqəddəs ruhun Bazar ertəsi” (Whit Monday və ya Pentecost Monday) bayram qeyd edildiyi üçün birjalar bağlı olub. Bu səbəbdən də Almaniya DAX-ı dəyişməyərək 9 952,90 bənd olub.

Bu gün COMEX-də qızılın bir unsiyasının qiyməti 0,64% artıb və 1 280,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1313 (+0,04%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi