​Dünya bazarında dolların bahalaşması davam edir

​Dünya bazarında dolların bahalaşması davam edir Avronun məzənnəsi 0,80 USD-yə qədər düşə bilər
Maliyyə
13 Aprel , 2015 14:40
​Dünya bazarında dolların bahalaşması davam edir

Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ dolları yenidən dünyanın əsas valyutalarına qarşı möhkəmlənir. ABŞ valyutası martın 16-da avroya nəzərən 1,0456 USD/EUR səviyyəsinə qədər güclənmişdir. Sonradan, mart ayının 26-dək 1,1052 USD/EUR həddinə qədər ucuzlaşma baş versə də, hazırda dollar yenidən 1,0556 USD/EUR səviyyəsinə kimi yüksəlib.

"Report"un analitik qrupu hesab edir ki, əvvəlki baryeri keçəndən sonra məzənnənin 1,0340 USD/EUR həddinə doğru dəyişəcəyi gözlənilir. Həmin səviyyədə avroya tələb yaranmasa, o zaman məzənnə 0,80 USD/EUR səviyyəsinə kimi düşə, avroya tələbat yaranarsa, ABŞ valyutası 1,21 USD/EUR-a qədər ucuzlaşa bilər: "İstənilən halda, prosesin bu iki ssenaridən biri ilə inkişaf etməsi bilavasitə ABŞ və Avropa İttifaqının göstəricilərindən asılı olacaq".

Dolların möhkəmlənməsi üçün hazırda dünyada iki əsas səbəb var. Birincisi, ABŞ-da uçot dərəcəsinin artırılmağa başlanması, ikincisi - Avropa İttifaqında monetar ekspansiya qərarıdır. Aİ-də monetar ekspansiya 16 ay davam edəcəyi təqdirdə (artıq bir ay geridə qalıb), ABŞ-da uçot dərəcəsinin artırılması prosesi uzun illər davam edəcək. Bu səbəbdən dollar bu müddət ərzində möhkəm valyuta olaraq qalacaq.

"Gördüyümüz kimi, Azərbaycanda da dollar və avronun manata qarşı möhkəmlənməsi prosesi yumşaq devalvasiya mərhələsinə keçib. Prosesin ilkin etapda 1,3 AZN/USD səviyyəsinə qədər davam etməsi gözlənilir. Bu tendensiya hazırda maliyyə bazarındakı şərtlər diqqətə alınaraq ilin sonuna qədər davam edəcək. Neftin qiyməti 40 dollar/barel və daha aşağı düşərsə və ya 80 dollar/barel və daha artıq yüksələrsə, o zaman manatın məzənnəsi yenidən nəzərdən keçiriləcək", - deyə, "Report"un analitikləri düşünür.

Son xəbərlər

Orphus sistemi