​Dünya bazarında dollar qıtlığı yaranır

​Dünya bazarında dollar qıtlığı yaranır Federal Ehtiyyat Sistemi istiqraz emissiyasına hazırlaşır
Maliyyə
13 Aprel , 2015 11:56
​Dünya bazarında dollar qıtlığı yaranır

Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyyat Sistemi (FES) 2016-cı ildə balansını azalda bilər. "Report"un məlumatına görə, 2008-ci ildən etibarən ABŞ-da sıfır səviyyəsində olan faiz səviyyəsindən çıxmaq FES üçün çətin olacaq. Lakin onun qarşısında daha vacib məsələ durub. Bu, FES-in 2008-2014-ci illərdə 4,5 trln. dollar həcmində həyata keçirdiyi monetar ekspansiya nəticəsində maliyyə bazarlarından istiqrazlar aldıqdan sonra nə zaman istiqraz satışına başlayacağı tarixdir. Belə ki, ABŞ istiqrazları dünyanın ən sabit gəlirli maliyyə aləti sayılır.

FES-in monetar ekspansiya tədbirləri çərçivəsində aldığı istiqrazların müddəti 2016-cı ildə bitir və bu investisiyaların davam edib-etdirilməyəcəyi yaxın 1 il ərzində müəyyənləşəcək. İndiki mərhələdə isə FES-in özünün istiqraz emissiyasına başlaması planları uçot dərəcəsinin artmasına dəstək verə bilər. Mərkəzi bankın başçısı xanım Canet Yallen ABŞ iqtisadiyyatının hələ də həssas olduğunu bildirməklə FES-in nə zaman istiqraz satmağa başlaması məsələsində qeyri-müəyyənlik yaradıb.

Son xəbərlər

Orphus sistemi