Bakı. 12 mart. REPORT.AZ/ Martın 11-də Amerika fond bazarında Dow Jones indeksində 0,16% azalma müşahidə edilib və 17 635,39 bənd təşkil edib. S&P 500 0,19% geriləyərək 2 040,24 bənd, Nasdaq isə 0,20% azalaraq 4 849,94 bənd olub.
"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,28% artaraq 6 721,51 bənd, Almaniya DAX-ı 2,66% bahalaşaraq 11 805,99 bənd, Fransa CAC-40-ı isə 2,37% bahalaşaraq 4 997,75 bənd təşkil edib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,78% ucuzlaşaraq 1 153,40 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0513 (-1,55%) təşkil edib.