​Dünya bazarında avro yenidən bahalaşıb

​Dünya bazarında avro yenidən bahalaşıb COMEX-də qızılın bir unsiyasının qiyməti 0,27% azalaraq 1 202,50 dollar olub
Maliyyə
27 Mart , 2015 09:26
​Dünya bazarında avro yenidən bahalaşıb

Bakı. 27 mart. REPORT.AZ/ Martın 26-da Amerika fond bazarında Dow Jones indeksində 0,23% azalma müşahidə olunub və 17 678,23 bənd təşkil edib. S&P 500 0,24% geriləyərək 2 056,15 bənd, Nasdaq isə 0,27% artaraq 4 863,36 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,37% azalaraq 6 895,33 bənd, Almaniya DAX-ı 0,18% ucuzlaşaraq 11 843,68 bənd, Fransa CAC-40-ı isə 0,29% geriləyərək 5 006,35 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,27% azalaraq 1 202,50 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0888 (+0,04%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi