Avro və qızıl yenidən bahalaşıb

Avro və qızıl yenidən bahalaşıb ABŞ və Avropanın fond indeksləri azalıb
Maliyyə
13 May , 2015 08:46
Avro və qızıl yenidən bahalaşıb

Bakı. 13 may. REPORT.AZ/ Mayın 12-də Amerika fond bazarında Dow Jones indeksində 0,20% azalma müşahidə olunub və 18 068,23 bənd təşkil edib. S&P 500 0,29% geriləyərək 2 099,12 bənd, Nasdaq isə 0,35% azalaraq 4 976,19 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,37% geriləyərək 6933,80 bənd, Almaniya DAX-ı 1,72% azalaraq 11 472,41 bənd, Fransa CAC-40-ı isə 1,06% geriləyərək 4974,65 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,79% artaraq 1 192,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1244 (+0,80%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi