Bakı. 28 yanvar. REPORT.AZ/ Yanvarın 27-də Amerika fond bazarında Dow Jones indeksi 1,38% ucuzlaşaraq 15 944,46 bənd, S&P 500 1,09% azalaraq 1 882,95 bənd, Nasdaq isə 2,18% geriləyərək 4 468,17 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,33% bahalaşaraq 5 990,37 bənd, Fransa CAC-40-ı 0,54% artaraq 4 380,36 bənd, Almaniya DAX-ı isə 0,59% irəliləyərək 9 880,82 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% bahalaşaraq 1 120,90 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0882 (+0,19%) təşkil edib.