​Dünya bazarında avro və qızıl bahalaşıb

​Dünya bazarında avro və qızıl bahalaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1143 təşkil edib
Maliyyə
13 Avqust , 2015 09:37
​Dünya bazarında avro və qızıl bahalaşıb

Bakı. 13 avqust. REPORT.AZ/ Avqustun 12-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,001% azalaraq 17 402,51 bənd, S&P 500 0,10% bahalaşaraq 2 086,05 bənd, Nasdaq isə 0,15% irəliləyərək 5 044,39 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,40% geriləyərək 6 571,19 bənd, Fransa CAC-40-ı 3,40% azalaraq 4 925,43 bənd, Almaniya DAX-ı isə 3,27% ucuzlaşaraq 10 924,61 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 11,7 dollar yaxud 1,06% bahalaşaraq 1 121,20 dollar təşkil edib. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1143 (+0,71%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi