Avro kəskin ucuzlaşıb

Avro kəskin ucuzlaşıb COMEX-də qızılın bir unsiyasının qiyməti 1 222,0 dollara düşüb
Maliyyə
19 May , 2015 08:30
Avro kəskin ucuzlaşıb

Bakı. 19 may. REPORT.AZ/ Mayın 18-də Amerika fond bazarında Dow Jones indeksində 0,14% artım müşahidə olunub və 18 298,88 bənd təşkil edib. S&P 500 0,30% irəliləyərək 2 129,20 bənd, Nasdaq isə 0,60% artaraq 5 078,44 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,12% irəliləyərək 6 968,87 bənd, Almaniya DAX-ı 1,29% artaraq 11 594,28 bənd, Fransa CAC-40-ı isə 0,37% yüksələrək 5012,31 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,15% azalaraq 1 222,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1297 (-1,20%) təşkil edib.

Xatırladaq ki, ötən gün "Report" agentliyinin analitik qrupu avronun qısa zaman ərzində 1,12 USD/EUR-a qədər ucuzlaşacağını proqnozlaşdırmışdır.

Son xəbərlər

Orphus sistemi