​Dünya bazarında avro bahalaşıb

​Dünya bazarında avro bahalaşıb Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1 141,5 dollara çatıb
Maliyyə
1 Sentyabr , 2015 09:22
​Dünya bazarında avro bahalaşıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Avqustun 31-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,69% azalaraq 16 528,03 bənd, S&P 500 0,84% ucuzlaşaraq 1 972,18 bənd, Nasdaq isə 1,07% geriləyərək 4 776,51 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksində heç bir dəyişiklik qeydə alınmayıb və ötən həftə olduğu kimi 6 247,94 bənd təşkil edib. Fransa CAC-40-ı 0,47% azalaraq 4 652,95 bənd, Almaniya DAX-ı isə 0,38% ucuzlaşaraq 10 259,46 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,72% artaraq 1 141,50 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1268 (+0,74%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi