​Dünya bazarında avro bahalaşıb, qızıl isə ucuzlaşıb

​Dünya bazarında avro bahalaşıb, qızıl isə ucuzlaşıb ABŞ və Avropanın fond indeksləri geriləyib
Maliyyə
2 Sentyabr , 2015 09:31
​Dünya bazarında avro bahalaşıb, qızıl isə ucuzlaşıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 1-də Amerika fond bazarlarında Dow Jones indeksi 2,84% azalaraq 16 058,35 bənd, S&P 500 2,96% ucuzlaşaraq 1 913,85 bənd, Nasdaq isə 2,94% geriləyərək 4 636,11 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,57% geriləyərək 6 058,54 bənd, Fransa CAC-40-ı 2,40% azalaraq 4 541,16 bənd, Almaniya DAX-ı isə 2,38% ucuzlaşaraq 10 015,57 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,27% azalaraq 1 138,40 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1282 (+0,12%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi