​Dünya bazarında qızıl ucuzlaşıb

​Dünya bazarında qızıl ucuzlaşıb Avronun dollara qarşı məzənnəsi 1,0741 təşkil edib
Maliyyə
7 Noyabr , 2015 09:28
​Dünya bazarında qızıl ucuzlaşıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 6-də Amerika fond bazarında Dow Jones indeksi 0,26% bahalaşaraq 17 910,33 bənd, S&P 500 0,03% azalaraq 2 099,20 bənd, Nasdaq isə 0,38% irəliləyərək 5 147,12 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında  FTSE 100 indeksi 0,17% ucuzlaşaraq 6 353,83 bənd, Fransa CAC-40-ı 0,08% artaraq 4 984,15 bənd, Almaniya DAX-ı isə 0,92% irəliləyərək 10 988,03 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 16,50 dollar, yaxud 1,49% ucuzlaşaraq 1 087,70 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0741 (-1,31%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi