​Dünya Bankının vitse-prezidenti Bakıya gəlir

​Dünya Bankının vitse-prezidenti Bakıya gəlir Müllerin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulur
Maliyyə
22 Oktyabr , 2015 15:51
​Dünya Bankının vitse-prezidenti Bakıya gəlir

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu axşam Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerin (Cyril Muller) Azərbaycana rəsmi səfəri başlayır. "Report"un WB-in Bakı ofisindən əldə etdiyi məlumata görə, səfər şənbə günü başa çatacaq.

Regionla tanışlıq çərçivəsində baş tutacaq səfər zamanı S.Müllerin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulur. Həmçinin, o, WB-in Cənubi Qafqaz regionu üzrə yeni direktoru Mersi Tembonu təqdim edəcək.

Qeyd edək ki, S.Müller vitse-prezident kimi vəzifəsinə bu ilin sentyabrında başlayıb.

Son xəbərlər

Orphus sistemi