​Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun inşasına əlavə vəsait ayıra bilər

​Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun inşasına əlavə vəsait ayıra bilər Bankın müvafiq qiymətləndirmə missiyası Azərbaycanda görüşlər keçirir
Maliyyə
3 Dekabr , 2015 13:54
​Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun inşasına əlavə vəsait ayıra bilər

Bakı. 3 dekabr. REPORT.AZ/ Dünya Bankının (WB) 3-cü magistral avtomobil yolları üçün əlavə maliyyələşdirmənin hazırlanması missiyasının Azərbaycana səfəri başlayıb. "Report"un WB-nin Bakı ofisindən əldə etdiyi məlumata görə, missiyaya Elizabet Vanq (Elizabeth Wang) rəhbərlik edir.

Missiyanın Bakı-Şamaxı yolunun tikintisinə əlavə vəsaitin ayrılması ilə əlaqədar danışıqlar aparmaq üçün Nəqliyyat Nazirliyi, "Azəryolservis" ASC və başqa dövlət qurumları ilə görüşlər keçirəcəyi deyilir.

Qeyd edək ki, adıçəkilən missiya bu həftənin sonuna kimi Azərbaycanda olacaq.

Son xəbərlər

Orphus sistemi