​Dünya bazarında avro 1% ucuzlaşıb

​Dünya bazarında avro 1% ucuzlaşıb COMEX-də qızılın qiyməti 1 280 dollar/unsiya həddini keçib
Maliyyə
17 Yanvar , 2015 09:45
​Dünya bazarında avro 1% ucuzlaşıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 16-da Amerika fond bazarında Dow Jones indeksində 1,10% yüksəlmə müşahidə edilib və 17 511,57 bənd təşkil edib. S&P 500 1,34% artaraq 2 019,42 bəndə, Nasdaq isə 1,39% artaraq 4 634,38 bəndə çatıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 16-da FTSE 100 indeksi 0,79% artaraq 6 550,27 bəndədək, Almaniya DAX-ı 1,35% artaraq 10 167,77 bəndə, Fransa CAC-40-ı isə 1,31% artaraq 4 379,92 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,23% bahalaşaraq 1 280,30 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1588 (-1,0%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi