​Dövlət Statistika Komitəsində BVF nümayəndəsi ilə görüş keçirilib

​Dövlət Statistika Komitəsində BVF nümayəndəsi ilə görüş keçirilib Görüşdə həyata keçiriləcək işlər haqqında məlumat verilib
Maliyyə
2 Fevral , 2016 11:18
​Dövlət Statistika Komitəsində BVF nümayəndəsi ilə görüş keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departament direktorunun köməkçisi Mühəmməd əl Qorçi və Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Nadir Ramazanovla görüşüb.

“Report” Statistika Komitəsinə istinadən xəbər verir ki, görüşün əsas məqsədi ÜDM-in hesablanmasında istifadə olunan statistik məlumatların və istehlak qiymətləri indeksinin hesablanması metodlarının müzakirəsi olub. Komitə sədri DSK ilə BVF arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini bildirib. O qeyd edib ki, 2008-ci ilin fevral ayında BVF-nin ekspertləri istehlak qiymətlərinin, 2013-2014-cü illərdə isə ÜDM-in hesablanmasında istifadə olunan statistik metodologiyaların təkmilləşdirilməsində Komitəyə dəstək göstəriblər.

M.əl Qorçi iki təşkilat arasında münasibətlərin uğurlu inkişafından məmnun olduğunu deyib. O, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Görüş zamanı T.Budaqov nümayəndələrə Komitənin fəaliyyəti və gələcəkdə ölkə statistika sisteminin qarşısında duran mühüm vəzifələr, statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə aparılan təkmilləşdirmə prosesi, ayrı-ayrı icra orqanlarında mövcud olan məlumat bazalarının inteqrasiyasının təşkili və təkmilləşdirilməsi haqqında geniş məlumat verib.

M.əl Qorçi isə BVF-nin Azərbaycandakı fəaliyyəti haqqında və həyata keçiriləcək işlər haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi