​Dövlət Statistika Komitəsi: Xarici ticarətdə 3,6 mlrd. dollarlıq müsbət saldo yaranıb

​Dövlət Statistika Komitəsi: Xarici ticarətdə 3,6 mlrd. dollarlıq müsbət saldo yaranıb Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 41-i Asiya ölkələri və digərləri olub
Maliyyə
15 İyul , 2015 15:40
​Dövlət Statistika Komitəsi: Xarici ticarətdə 3,6 mlrd. dollarlıq müsbət saldo yaranıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanın rezidentləri 133 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. Nəticədə xarici ticarət dövriyyəsinin həcmi 11 723,6 mln. ABŞ dolları, o cümlədən ixrac 7 655,8 mln. dollar, idxal 4 067,8 mln. dollar, müsbət saldo 3 588,0 mln. dollar təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ixrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 24,4% artaraq 732,1 mln. dollar təşkil edib.

Qeyd edək ki, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 41-i Asiya ölkələri və digərləri olub, 84 ölkəyə əmtəə ixrac olunub, 120 ölkədən idxal edilib.

Son xəbərlər

Orphus sistemi