​Dövlət Sığorta Nəzarəti Xidmətinin 15 əməkdaşı Maliyyə Nazirliyində işlə təmin ediləcəyini gözləyir

​Dövlət Sığorta Nəzarəti Xidmətinin 15 əməkdaşı Maliyyə Nazirliyində işlə təmin ediləcəyini gözləyir Xidmətin 8 işçisi yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasında işlə təmin olunub
Maliyyə
10 İyun , 2016 11:37
​Dövlət Sığorta Nəzarəti Xidmətinin 15 əməkdaşı Maliyyə Nazirliyində işlə təmin ediləcəyini gözləyir

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanda dövlət başçısının fərmanı ilə bu ilin fevralında ləğv edilmiş Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) işçi heyətindən yalnız 8 nəfər yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasında işlə təmin edilib.

"Report"un əldə etdiyi məlumata görə, DSNX-nin texniki işçiləri (sürücü və xadimələr) ixtisar edilib. Qurumdan Maliyyə Nazirliyinə yalnız sabiq rəis Namiq Xəlilov aparılıb və maliyyə nazirinin müşaviri vəzifəsinə təyin edilib. Daha 15 nəfər isə Maliyyə Nazirliyinin digər şöbə və idarələrində işlə təmin olunacağını gözləyir.

Son xəbərlər

Orphus sistemi