Dövlət Neft Fondu Afrika, Latın Amerikası və Karib Fondu vasitəsi ilə sərmayə yatırımının mümkünlüyünü araşdıracaq

Dövlət Neft Fondu Afrika, Latın Amerikası və Karib Fondu vasitəsi ilə sərmayə yatırımının mümkünlüyünü araşdıracaq Şahmar Mövsümov İMP-nin yeni texnologiyalarının inkişafına marağını bildirib
Maliyyə
21 İyul , 2016 10:59
Dövlət Neft Fondu Afrika, Latın Amerikası və Karib Fondu vasitəsi ilə sərmayə yatırımının mümkünlüyünü araşdıracaq

Bakı. 21 iyul. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsumov ilə görüşüb.

Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə həmçinin Meksika Neft İnstitutunun (İMP) Texnoloji Rəqabət Bölməsinin rəhbəri Viktor Ortis də iştirak edib.

Görüşdə Rodrigo Labardini Meksikanın neft sektorunun inkişafı haqqında qısa məlumat verib və xarici ticarətin artımı, sərmayələr üçün əlverişli mühitin yaradılması istiqamətində işlərdən danışıb.

Öz növbəsində Viktor Ortis təmsil etdiyi institutun əsas fəaliyyətlərindən danışaraq bildirib ki, İMP 900 patentini qeydiyyatından keçirib, 50 tədqiqat layihəsi reallaşdırıb və 3000 nəfərdən artıq işçisi var. V.Ortis neft sektorunda Meksika və Azərbaycan arasında innovasiyalar və texnologiyaların idarə olunması sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşün sonunda Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov İMP-nin yeni texnologiyalarının inkişafına marağını bildirib və Afrika, Latın Amerikası və Karib Fondu vasitəsi ilə bəzi layihələrə sərmayələr yatırmağın mümkünlüyünü araşdırmaq üçün danışıqlara başlamağa hazır olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi