Dövlət istiqrazlarının növbəti hərracı keçirilib

Dövlət istiqrazlarının növbəti hərracı keçirilib Hərracda 6,527 mln. manat manatlıq istiqraz emissiyası yerləşdirilib
Maliyyə
6 Sentyabr , 2016 17:43
Dövlət istiqrazlarının növbəti hərracı keçirilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104013518 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 2 investor tərəfindən 5 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 8 196 700 manat təşkil edib.Sifarişlər 83,6175 manat (19,7001%)-91,3500 manat (9,5212%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 91,3500 manat (9,5212%), ortaölçülmüş qiyməti 91,3500 manat (9,5212%) təşkil edib.Bağlanılmış əqdlər üzrə hesablaşmalar 07.09.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 473 400 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 5 sentyabr 2017-cı ildir.

Bundan başqa, BFB-da Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102012512 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 2 investor tərəfindən 4 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 953 500 manat təşkil edib.

Sifarişlər 91,5140 manat (18,6994%)-94,9200 manat (10,7924%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94,9200 manat (10,7924 %), ortaölçülmüş qiyməti 94,9200 manat (10.7924 %) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 07.09.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 1 053 500 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 7 mart 2017-cı ildir.

Son xəbərlər

Orphus sistemi