​Dövlət Gömrük Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib

​Dövlət Gömrük Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib Müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük-keçid məntəqələrində vəziyyət barədə olub
Maliyyə
16 İyul , 2015 20:44
​Dövlət Gömrük Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib

Bakı. 16 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyulun 16-da İsmayıllı şəhərində İsmayıllı, Qəbələ və Şamaxı rayonlarından olan sakinləri qəbul edib.

"Report"un Komitənin saytına istinadən verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində DGK-nın müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

Hər bir vətəndaş DGK-nın sədri tərəfindən diqqətlə dinlənilib və əksər müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan bir sıra müraciətlərin isə qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara hərtərəfli izahatlar verilib, belə müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bu cür qəbulların təşkilinin səbəbkarı olan dövlətimizin başçısına minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi