Dövlət Gömrük Komitəsinin büdcə yükü kəskin artırılır

Dövlət Gömrük Komitəsinin büdcə yükü kəskin artırılır Gələn il büdcə gəlirləri bu ilə nisbətən 5% az olacaq
Maliyyə
29 Sentyabr , 2016 13:29
Dövlət Gömrük Komitəsinin büdcə yükü kəskin artırılır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat həcmində nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 867 mln. manat və yaxud 5,2% azdır.

"Report" xəbər verir ki, bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Layihəyə əsasən, büdcə gəlirlərinin 6,1 mlrd. manatını Azərbaycan Dövlət Neft Fondu (ARDNF) təmin edəcək. Bu ilə nisbətən Fondun büdcə öhdəliyi 1,515 mlrd. manat və yaxud 19,9% azaldılıb.

Büdcə gəlirlərinin 7,2 mlrd. manatı isə Vergilər Nazirliyinin üzərinə qoyulub. Bu, 2016-cı illə müqayisədə 200 mln. manat və yaxud 2,9% çoxdur.

Dövlət Gömrük Komitəsinin büdcə öhdəliyi isə bu ilə nisbətən 390 mln. manat və yaxud 21,5% artırılaraq 2,2 mlrd. manata çatdırılıb.

Gələn il büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 48 mln. manat və yaxud 15,7% çox - 353 mln. manat, sair daxilolmalar 9 mln. manat və yaxud 12% çox - 84 mln. manat məbləğində proqnozlaşdırılır.

Əmlak Məsələləri Dövlət Komitəsi isə 2017-ci ildə büdcəyə cəmi 8 mln. manat köçürəcək. Bu isə 1 mln. manat və yaxud 14,3% artım deməkdir.

Son xəbərlər

Orphus sistemi