Hesablama Palatası dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsaitin istifadəsini yoxlayıb

Hesablama Palatası dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsaitin istifadəsini yoxlayıb Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib
Maliyyə
6 Oktyabr , 2015 19:44
Hesablama Palatası dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsaitin istifadəsini yoxlayıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib. Kollegiya iclasında dövlət büdcəsindən Milli Məclisə və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, eyni zamanda iclasda müzakirə olunan məsələlərdən biri də dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bərdə Rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərinin nəticələri olub. 

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi