Dolların bahalaşması davam edir

Dolların bahalaşması davam edir Azərbaycanda dolların rəsmi məzənnəsi 1,0500 AZN/USD həddini keçdi
Maliyyə
8 Aprel , 2015 09:49
Dolların bahalaşması davam edir

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi 0,0021 manat və ya 0,20% artaraq 1,0517 manat təşkil edib. Nəticədə, 100 dollar hesabı ilə məzənnə 21 qəpik yüksəlib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, avronun rəsmi məzənnəsində isə ucuzlaşma qeydə alınıb. Avronun məzənnəsi 1,1399 AZN/EUR-a düşüb.

Rusiya rublunun məzənnəsində də artım qeydə alınıb və məzənnə 0,0190 AZN/RUB-dan 0,0191 AZN/RUB-la yüksəlib.

Son xəbərlər

Orphus sistemi