​Dollar sürətlə bahalaşır

​Dollar sürətlə bahalaşır "Report": Bu müvəqqətidir və dolların məzənnəsi yenidən zəifləyəcək
Maliyyə
5 Fevral , 2016 17:59
​Dollar sürətlə bahalaşır

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ-da yanvar ayında işsizlik göstəricisi əvvəlki aya nisbətən 0,1 faiz bəndi azalaraq 4,9% təşkil edib. "Report" xəbər verir ki, işsizlik göstəricisi 2008-ci ilin martında 4,9% olub və o zamandan etibarən artaraq 2009-cu ilin noyabrında 10,2%-ə çatıb. 

Bu məlumatın açıqlanmasından sonra dollar dünyanın digər valyutaları ilə müqayisədə möhkəmlənməyə başlayıb. Belə ki, avronun dollara qarşı məzənnəsi 1,12 USD/EUR səviyyəsindən 1,1140 USD/EUR-a kimi geriləyib. Geriləmə bir neçə dəqiqə ərzində baş verib və 0,5% təşkil edib. 

Lakin "Report"un analitik qrupu bu təsirin müvəqqəti olacağını və dolların məzənnəsinin yenidən zəifləyəcəyini proqnozlaşdırır.

Bununla bərabər, kənd təsərrüfatı istisna olmaqla, yeni iş yerlərinin açılması göstəricisi də açıqlanıb ki, bu göstərici 190 min nəfər proqnoza qarşı 151 min nəfər olub. Eyni zamanda, orta saatlıq əməkhaqqı 0,3% proqnoza nəzərən 0,5% artıb.

Son xəbərlər

Orphus sistemi