​Devalvasiya "PAŞA Bank"ın kredit portfelini 20% bahalaşdırıb

​Devalvasiya "PAŞA Bank"ın kredit portfelini 20% bahalaşdırıb Ötən il Bankın məcmu kredit portfeli 66% artıb
Maliyyə
20 İyun , 2016 15:55
​Devalvasiya PAŞA Bankın kredit portfelini 20% bahalaşdırıb

Bakı. 20 iyun. REPORT.AZ/ "PAŞA Bank" ASC digər kommersiya bankları kimi aqressiv kreditləşməyə getmir. 

“Report” xəbər verir ki, bunu Bankın İdarə Heyətinin üzvü, maliyyə inzibatçısı Xəyalə Nağıyeva bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi kredit təşkilatı dayanıqlı, uzunmüddətli, müştərilərə dəyər gətirən yanaşmaya üstünlük verir: “Biz risklərin, xüsusilə də kredit risklərinin idarə olunmasına diqqət yetiririk. “PAŞA Bank” pioner bank kimi müştəri əlaqələri məktəbi qurur. Bizim kredit mütəxəssisləri həm də müştərilərimizin maliyyə məsləhətçiləridir. Bank aqressiv kreditləşmə ilə portfelini böyütmək, arzuolunmaz nəticələrlə üzləşmək istəmir. Bunun nəticəsidir ki, 2015-ci ildə “PAŞA Bank”ın kredit portfelində ümidsiz kreditlərin payı 10,76%-dən 3,82%-ə enib”.

X.Nağıyeva onu da qeyd edib ki, 2015-ci ildə “PAŞA Bank”ın kredit portfeli 66% artaraq təxminən 950 mln. manata çatıb, bunun da təxminən 118 mln. manatı (2015-ci ildəki artımın təxminən 31%-i və ya kredit portfelinin 20%-i) məzənnə fərqi hesabına formalaşıb.

Son xəbərlər

Orphus sistemi