Bakı. 30 avqust. REPORT.AZ/ "Dəmirbank" ASC-də xarici valyutada olan hesablara (annuitet kredit hesabları istisna olmaqla) manatla ödəniş zamanı komissiya tətbiq ediləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə "Dəmirbank"ın yaydığı məlumatda bildirilir.
Bildirək ki, bu zaman komissiya konvertasiya faizi (4%) və xidmət haqqı (1,5%) olmaqla tətbiq edilir. Bundan əvvəl isə xidmət haqqı olmayıb, konvertasiya haqqı isə 0,5% təşkil edib.