​"Dəmirbank" valyuta əmanətləri ilə bağlı yeni şərtlər hazırlayıb

​"Dəmirbank" valyuta əmanətləri ilə bağlı yeni şərtlər hazırlayıb Əmanətlərin artırılması prosesi sədələşdirilib
Maliyyə
28 Yanvar , 2016 11:05
​Dəmirbank valyuta əmanətləri ilə bağlı yeni şərtlər hazırlayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ "Dəmirbank" ASC manat vəsaiti olan, lakin xarici valyutada əmanət açmaq istəyənlərə xüsusi şərtlər təklif edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, müştərilər "Dəmirbank"ın istənilən filialına yaxınlaşıb manat vəsaitini Mərkəzi Bankın məzənnəsi ilə konvertasiya edərək xarici valyutada əmanət yerləşdirə bilərlər.

Qeyd edək ki, "Dəmirbank" müxtəlif əmanət növləri təklif edir. Hazırda 1, 3, 6, 9 və ya 12 aylıq müddətə açılmağından asılı olmayaraq USD əmanətlərini illik 9%-lə yerləşdirmək mümkündür. Həmçinin əmanət növündən asılı olaraq müştərilər istənilən zaman vəsaitlərini əlavə edə və cəriməsiz tam və ya qismən çıxara bilər. Əmanətlərin artırılması prosesinin sədələşdirilməsi məqsədilə, müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb.

Son xəbərlər

Orphus sistemi