"Dəmirbank" nizamnamə kapitalını artırır

"Dəmirbank" nizamnamə kapitalını artırır Gələn ay Bankın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək
Maliyyə
1 İyul , 2016 10:54
Dəmirbank nizamnamə kapitalını artırır

Bakı. 1 iyul. REPORT.AZ/ Cari il avqustun 6-da “Dəmirbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Toplantı Bankın baş ofisində (Bakı şəhəri, Təbriz küçəsi,19) saat 11:00-da təşkil olunacaq.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, ümumi yığıncağın gündəliyinə Bankın nizamnamə kapitalının artırılması məsələsi daxil edilib. 

Qeyd edək ki, "Dəmirbank" ASC 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Bankın nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,20 manat olan 105 mln. səhm əsasında formalaşıb.

Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), 0,25%-i digər hüquqi şəxslər, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 45,14%-i isə 858 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi