"Dəmirbank" manat əmanətlərini bahalaşdırıb

"Dəmirbank" manat əmanətlərini bahalaşdırıb Bu barədə bankdan bildirilib
Maliyyə
20 Avqust , 2016 14:22
Dəmirbank manat əmanətlərini bahalaşdırıb

Bakı. 20 avqust. REPORT.AZ/ "Dəmirbank" ASC Azərbaycan manatı ilə qəbul etdiyi əmanətlərin illik faiz dərəcələrini 1 bənd artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hazırda bir il müddətinə milli valyutada əmanətlər faizlərin aylıq və müddətin sonunda ödənilməsindən asılı olmayaraq illik 14,2-15%-lə qəbul edilir. Bundan əvvəl illik gəlirlilik 13,2-14% olub.

Bankın ABŞ dolları və avro ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, "Dəmirbank" ASC 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Bankın nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,20 manat olan 105 mln. səhm əsasında formalaşıb.

Səhmlərin 25%-i Avropa Yenidənqurma və İnkişf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 854 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi