"Dəmirbank" maliyyə qurumlarının kreditləşməsini artırıb

"Dəmirbank" maliyyə qurumlarının kreditləşməsini artırıb Bankın aktivləri illik müqayisədə 15% artıb
Maliyyə
28 Aprel , 2016 12:34
Dəmirbank maliyyə qurumlarının kreditləşməsini artırıb

Bakı. 28 aprel. REPORT.AZ/ "Dəmirbank" ASC-nin aktivləri illik müqayisədə 14,6% artaraq 2016-cı il aprelin 1-nə 548,606 mln. manata yüksəlib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 7,55% artaraq 401,02 mln. manata çatıb. Kredit portfelinin 69,380 mln. manatı və ya 17,3%-i 12 ayadək kreditlərin payına düşüb. Maliyyə qurumlarına verilən kreditlər 81% artaraq 3,529 mln. manata çatıb. İpoteka kreditləşməsi təxminən 1% azalaraq 49,332 mln. manatdan 48,872 mln. manata düşüb. İpoteka kreditlərinin 42,063 mln. manatı və ya 86,1%-i İpoteka Fondunun xətti ilə verilib.

Cari il aprelin 1-nə "Dəmirbank"ın nizamnamə kapitalı dəyişməz qalaraq 21 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi