​"Dəmirbank" kredit müştərilərinə güzəştlər hazırlayıb

​"Dəmirbank" kredit müştərilərinə güzəştlər hazırlayıb Marta qədər müştərilər kredit qalığını vaxtından əvvəl tam bağlayarsa, ödənilən məbləğin 15%-i güzəşt olunacaq
Maliyyə
4 Fevral , 2016 13:32
​Dəmirbank kredit müştərilərinə güzəştlər hazırlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ "Dəmirbank" ASC dollarla krediti olan müştəriləri üçün bir sıra güzəşt və təkliflər paketi hazırlayıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Güzəşt və təkliflər 2015-ci il 21 dekabr tarixindən əvvəl istehlak və mikrokredit götürmüş müştərilərə aiddir. Güzəştlər həm də manatla kredit götürmüş müştərilər üçün də nəzərdə tutulub.

Bank tərəfindən hazırlanmış güzəşt paketinə görə, müştəri aylıq ödənişinin ən azı 60%-ni ödəyərsə, kredit gecikməyə düşmüş hesab olunmur və cərimə hesablanmır. Ödənişlər əsas məbləğdən silindiyinə görə müştərinin ödədiyi faizlər də əhəmiyyətli dərəcədə azalır. Ödənişlər borc tam bağlanana qədər davam edir.

Digər tərəfdən 29 fevral 2016-cı il tarixinədək müştərilər kredit qalığını vaxtından əvvəl tam bağlayarsa, ödənilən məbləğin 15%-i güzəşt olunur.

Həmçnin 20 min dollaradək kreditləri olan müştərilərə aylıq ödənişi əvvəlki aylıq ödəniş həcmində qalmaqla, ümumi kredit qalığının illik 10% dərəcəsi ilə restrukturizasiya edilməsi təklif olunur.

Manatla götürülmüş kreditlərə münasibətdə isə kreditin qalıq məbləğinin 20%-nin ödənilməsi şərtilə müddətin 1,5 mislinədək uzadılması da təklif olunur.

ABŞ dolları ilə götürülmüş kredit xətləri üçün 1 000 dollaradək götürülmüş kredit xətlərinin istifadə edilmiş məbləğin 20%-i ödənilmək şərtilə illik 15% dərəcəsi ilə maksimum 1 ilədək kreditə çevirməklə restrukturizasiya edilir.

Həmçinin 1 000 dollardan yuxarı məbləğli kredit xətlərinin istifadə edilmiş məbləğinin 10%-i ödənilmək şərtilə illik 15% dərəcəsi ilə maksimum 2 ilədək kreditə çevirməklə restrukturizasiya olunur.

Manatla götürülmüş kredit xətlərinə münasibətdə isə xətlərin istifadə edilmiş məbləğinin 30%-i ödənilmək şərtilə illik 23% dərəcəsi ilə maksimum 1 ilədək kreditə çevirməklə restrukturizasiya edilir.

Son xəbərlər

Orphus sistemi