"Dəmirbank" komissiya haqqını sıfıra endirib

"Dəmirbank" komissiya haqqını sıfıra endirib Bu, yalnız manat kreditlərinə aiddir
Maliyyə
1 İyul , 2015 13:37
Dəmirbank komissiya haqqını sıfıra endirib

Bakı.1 iyul. REPORT.AZ/ “Dəmirbank” ASC manat kreditlərinə 0% komissiya haqqının tətbiqinə başlayıb. Müştərilər artıq manatla olan kreditləri Bankın istənilən filialına müraciət etməklə komissiyasız əldə edə bilərlər.

"Report"un verdiyi xəbərə görə, hazırda Bank manatla 5 min manatadək həcmdə, maksimum 18 aylıq və illik 32%-dək (effektiv 16%-lə) istehlak kreditləri təklif edir. Biznes kreditləri ancaq dollarla təqdim edilir. Maksimum məbləğ 10 min dollar təşkil edən dollarda verilən istehlak kreditlərində isə bank faizləri illik 23%-dən başlayır və maksimum 28%-dir.

Qeyd edək ki, 0% komissiya yalnız manatla olan kreditlərə aiddir.

Xatırladaq ki, “Dəmirbank” ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. 

Son xəbərlər

Orphus sistemi