"Dəmirbank" kapitalını kəskin artırır

"Dəmirbank" kapitalını kəskin artırır Maliyyə Bazarlarına Nəzarət Palatası bankın səhm emissiyasını qeydə alıb
Maliyyə
1 Sentyabr , 2016 12:57
Dəmirbank kapitalını kəskin artırır

Bakı. 1 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası "Dəmirbank" ASC-nin yeni səhm emissiyasının prospektini qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 0,2 manat olan 250 mln. səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Emissiya baş tutarsa, Bankın nizamnamə kapitalı 50 mln. manat və 3,4 dəfə artaraq 71 mln. manata çatacaq.

Xatırladaq ki, "Dəmirbank" ASC 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Hazırda Bankın dövriyyədə hər birinin nominal dəyəri 0,20 manat olan 105 mln. səhmi var. Səhmlərin 25%-i EBRD-ya, 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 854 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi