“Dəmirbank”ın Müşahidə Şurasının üzvü dəyişib

“Dəmirbank”ın Müşahidə Şurasının üzvü dəyişib Hollandiya İnkişaf Maliyyə Şirkətinin bankdakı nümayəndəsi dəyişdirilib
Maliyyə
22 Yanvar , 2016 16:41
“Dəmirbank”ın Müşahidə Şurasının üzvü dəyişib

Bakı. 22 yanvar. REPORT.AZ/ “Dəmirbank” ASC-nin səhmdarları sırasına daxil olan Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) bankdakı indiki nümayəndəsi Dik Snaydersin əvəzinə, Ferdinand Tuinstran təyin olunacaq.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, 2007-ci ildə “Dəmirbank” səhmdarları sırasına daxil olan FMO-nun daxili qaydalarına əsasən, onun səhmdar cəmiyyətlərindəki bütün nümayəndələri dörd ildən bir seçilir və eyni üzv 2 dəfədən artıq seçilə bilməz.

"FMO-nun “Dəmirbank”dakı indiki nümayəndəsi Dik Snayders artıq 8 ildir ki, Bankın Müşahidə Şurasının üzvü olduğuna görə FMO tərəfindən onun əvəzinə, Ferdinand Tuinstranın təyin olunması qərarı verilib. Dik Snayders əvvəllər FMO-nun Müşahidə Şurasının sədri vəzifəsini tutub, hazırda isə SFP-nin Təqaüd Fondu Şurasının sədri vəzifəsində çalışır. Yeni təyin olunmuş Ferdinand Tuinstran da peşəkar fəaliyyəti dövründə müxtəlif Avropa banklarında çalışıb və bankçılıq sahəsində böyük təcrübəyə malikdir", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, 27 fevral tarixində “Dəmirbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncağın gündəliyində duran əsas məsələ Müşahidə Şurasının tərkibində dəyişikliyin edilməsidir.

“Dəmirbank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına FMO-la bərabər, Avropa Yenidənqurma və İnkişaf Bankı da daxildir.

Son xəbərlər

Orphus sistemi