"Dəmirbank"ın əməliyyatlarında gecikmələr yaranıb

"Dəmirbank"ın əməliyyatlarında gecikmələr yaranıb Bank bununla bağlı məlumat yayıb
Maliyyə
28 Mart , 2016 08:55
Dəmirbankın əməliyyatlarında gecikmələr yaranıb

Bakı. 28 mart. REPORT.AZ/ "Dəmirbank" ASC bank əməliyyatlarında yarana biləcək gecikmələrlə bağlı açıqlama yayıb. Gecikmələrin aprelin 1-dək ola biləcəyi qeyd olunub.

"Report"un Bankın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu, yeni sistemə keçidlə əlaqədardır.

"Xidmət səviyyəsinin artırılması məqsədilə yeni və müasir bank sisteminə keçid həyata keçirilir. Bununla bağlı Bank əməliyyatlarında aprelin 1-dək gecikmələr baş verə bilər. Müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə "Dəmirbank"ın məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi