"Dəmirbank" əmanətlə bağlı yeni layihəyə başlayıb

"Dəmirbank" əmanətlə bağlı yeni layihəyə başlayıb "Yığım" əmanəti hesabı açan valideynlərə yatırdıqları məbləğ qədər vəsait hədiyyə ediləcək
Maliyyə
3 Fevral , 2015 15:52
Dəmirbank əmanətlə bağlı yeni layihəyə başlayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC əmanətlə bağlı "Böyük gələcəyə kiçik körpülər" adlı yeni layihəyə start verib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində "Dəmirbank"ın əməkdaşlıq etdiyi klinikalarda övladı yeni dünyaya gəlmiş valideynlərə sertifikat təqdim olunacaq. Həmin sertifikatı "Dəmirbank"a təqdim etməklə övladının adına "Yığım" əmanəti hesabı açan valideynlərə yatırdıqları məbləğ qədər vəsait hədiyyə ediləcək.

Qeyd edək ki, "Dəmirbank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

"Dəmirbank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi