​"Dəmirbank" depozitlər üzrə faiz dərəcələrini artırıb

​"Dəmirbank" depozitlər üzrə faiz dərəcələrini artırıb Manat hesabları üzrə gəlirlik illik 13,5%-ə çatdırılıb
Maliyyə
25 Fevral , 2015 11:51
​Dəmirbank depozitlər üzrə faiz dərəcələrini artırıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC "Əmanət çeşidi" programı üzrə təklif etdiyi "Göy" və "Qırmızı" əmanət növlərinin illik faiz dərəcələrini artırıb.

Bankın baş ofisindən "Report"a verilən məlumata görə, hazırda "Göy" əmanət üzrə illik faiz dərəcələri Azərbaycan manatı ilə 13,5%, ABŞ dolları ilə 12,5% təşkil edir. "Qırmızı" əmanət növü üzrə isə illik gəlirlik müvafiq olaraq 11% və 10% olub.

Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək "Dəmirbank"ın filiallarında bu əmanətlərlə bağlı hesab açdıra bilər. Maksimum 3 il müddətinə açılan "Göy" və "Qırmızı" əmanət növlərini manat, avro, funt-sterlinq və dollarda yerləşdirmək mümkündür.

Qeyd edək ki, Azərbaycanın ilk kommersiya banklarından biri olan "Dəmirbank" ASC 1989-cu ildə fəaliyyətə başlayıb və hazırda Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi