"Dəmirbank" depozit müştəriləri üçün yenilik edib

"Dəmirbank" depozit müştəriləri üçün yenilik edib Yeni xidmətdən bankın bütün terminallarında istifadə etmək olar
Maliyyə
15 Dekabr , 2015 19:51
Dəmirbank depozit müştəriləri üçün yenilik edib

Bakı. 15 dekabr. REPORT.AZ/ "Dəmirbank" ASC müştərilərə növbəsiz, heç bir zaman itkisi olmadan əmanətlərinə vəsaitlərin bankın terminalları vasitəsilə əlavə etmək imkanı yaradıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bunun üçün müştəri bank terminallarında PİN-kod, şifrəni daxil etməklə və “Əmanət hesabına əlavə” bölməsini seçməklə, “Yığım”, “Qırmızı” və “Uşaq” əmanət hesablarına vəsaiti əlavə edə bilər.

Qeyd edək ki, "Dəmirbank" müştərilərin tələblərinə uyğun müxtəlif növ əmanətlər təklif edir. “Yığım”, “Qırmızı” və “Uşaq” əmanətlərinin əsas üstünlüyü müştərinin istənilən zaman vəsaiti artırmaq imkanına malik olmasıdır. “Yığım” əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılmasına məhdudiyyət olmadığı üçün hesaba hətta 1 AZN/USD əlavə edilməsi mümkündür. “Qırmızı” və “Uşaq”əmanətləri üzrə isə minimal mədaxil məbləği 50 AZN/USD/EUR təşkil edir.

Hazırda “Dəmirbank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakıda, 20-si isə regionlarda yerləşir.

Son xəbərlər

Orphus sistemi