​"Dəmirbank" bazara yeni kart məhsulunu çıxarır

​"Dəmirbank" bazara yeni kart məhsulunu çıxarır İlk olaraq bu məhsul Mərkəzi Bankın əməkdaşlarına təqdim olunub
Maliyyə
1 Dekabr , 2015 17:30
​Dəmirbank bazara yeni kart məhsulunu çıxarır

Bakı. 1 dekabr. REPORT.AZ/ "Dəmirbank" ASC yeni təmassız plastik kartlarını istifadəyə verir. Bank Azərbaycanda bu xidmətə qoşulan birinci banklardandır və bu kartlar ilk olaraq Mərkəzi Bankın əməkdaşlarına təqdim olunub.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hazırda ölkədə təmassız ödəniş terminallarının sayı məhdud olsa da, gələcəkdə saylarının artırılması nəzərdə tutulub. Yaxın günlərdə bu növ terminallardan daha bir neçəsi "Dəmirbank" tərəfindən KFC restoranlar şəbəkəsində də müştərilərin xidmətinə veriləcək.

"Bununla yanaşı, yeni əmək haqqı hesablarının üstünlükləri haqda da məlumat verilib. Qeyd olunub ki, bu üstünlüklərə bir neçə xidmətin vahid hesabdan idarə olunması, maliyyə planlaması alətləri, overdraft və preavtorizasiya, hesaba 5 kartın bağlanması və s. imkanlar daxildir. Bu yaxınlarda istifadəyə veriləcək İnternet və Mobil Bankçılıq xidmətləri üzərindən müştərilər bütün yeniliklərdən rahatlıqla istifadə edə biləcəklər", - bankdan bildirilib.

Qeyd edək ki, “Dəmirbank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi