"​Deloitte" ilk dəfə media üçün təlim keçirib

"​Deloitte" ilk dəfə media üçün təlim keçirib Təlimi "Deloitte Azerbaijan"ın audit üzrə baş meneceri Nərgiz Mustafayeva aparıb
Maliyyə
22 Sentyabr , 2015 14:51
​Deloitte ilk dəfə media üçün təlim keçirib

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Deloitte Azerbaijan" şirkəti yerli KİV nümayəndələri üçün təlim keçirib. "Report"un verdiyi xəbərə görə, təlim hazırda çox aktual bir mövzuya çerilən maliyyə hesabtalrının təhlilinə həsr olunub.  

Təlimi "Deloitte Azerbaijan" şirkətinin audit üzrə baş meneceri Nərgiz Mustafayeva aparıb.

N.Mustafayeva təlim iştirakçılarına şirkətin fəaliyyətinin nəticələrinin və maliyyə hesabatlarının düzgün təhlil edərək, obyektiv şəkildəı ictimaiyyətə ötürülməsində rolu barədə geniş məlumat verib. O bildirib ki, təlimdə əsas məqsədlərdən birti də iqtisadiyyatda baş verən trendləri və bunun şirkətlərin fəaıliyyətində necə əks olunmasının daha yaxşı anlamaqdır.

Təlimin media nümayəndələrinə şirkətlərin fasiləsizlik prinsipinə əsasən fəaliyyətinin davam etdirə bilmək imkanlarını təhlil etməkdə, həmçinin şirkətlərin maliyyə sağlamlığı barədə daha tutarlı tədqiqatlar aparmaqda kömək edəcəyi bildirilib.

Təlim zamanı maliyyə hesabatlarının düzgün təhlilinin media üçün əhəmiyyəti, Maliyyə Hesabatlılığının Beynəlxalq Standartları (MHBS) və tətbiqi, maliyyə hesabatlarının növləri və əldə olunann məlumatın istifadəsi, MHBS üzrə hazırlanmış maliyyə hesabatlarının necə düzgün oxumalı və şirkətin fəaliyyətinin effektivliyini xarakterizə edə biləcək əsas göstəriciləri harada axtarmalı, investorlar və maliyyə təşkilatları üçün vacib syılan göstəricilər və onların hesablanması, maliyyə hesabatları üzrə ifadə olunan müstəqil auditor rəyi və onun növləri mövzularına diqqət çəkilib. 

Son xəbərlər

Orphus sistemi