"Deloitte Azerbaijan": Azərbaycanda emal gömrük rejimi tətbiq edilməlidir

"Deloitte Azerbaijan": Azərbaycanda emal gömrük rejimi tətbiq edilməlidir İdxal edilən məhsullardan tutulan vergi və rüsumlar idxalçıların fəaliyyətinə ziyan vurur
Maliyyə
14 Mart , 2016 10:18
Deloitte Azerbaijan: Azərbaycanda emal gömrük rejimi tətbiq edilməlidir

Bakı. 14 mart. REPORT.AZ/ İnkişaf etmiş ölkələrdə idxal edilən malın dəyərinin 4-6%-i nisbətində vergi və rüsum ödənilir, inkişafda olan ölkələrdə isə bu göstərici ən azı 12% təşkil edir.

"Report" xəbər verir ki, bunu Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" adlı konfransda çıxış edən "Deloitte Azerbaijan" şirkətinin nümayəndəsi Emil Qarayev deyib.

E.Qarayevin sözlərinə görə, Azərbaycanda emal gömrük rejimi tətbiq edilməlidir: "İdxal edilən məhsullardan tutulan vergi və rüsumlar idxalçıların fəaliyyətinə ziyan vurur. Emal gömrük rejimi yaradılmalı və idxalçı malı Dövlət Gömrük Komitəsinin icazəsi ilə rüsum və vergi ödəmədən gətirməli və müəyyən müddətdə emal edib ixrac etməlidir".

"Deloitte Azerbaijan"ın nümayəndəsi hesab edir ki, ixracın stimullaşdırılması üçün ayrı-ayrı ölkələr qrupu ilə əməkdaşlıq strategiyaları hazırlanmalıdır: "Təcrübə göstərir ki, hazırda ixracatçıların verdiyi qərarların 90-95%-i internet üzərindən apardığı tədqiqatların nəticələri ilə bağlıdır. Ona görə də hesab edirəm ki, informasiya təminatı sahəsini inkişaf etdirmək lazımdır".

E.Qarayev deyib ki, bütün bunlarla bağlı ABŞ, Yaponiya və Fransanın öncül təcrübəsi var və həmin təcrübədən yararlanmaq olar.

Son xəbərlər

Orphus sistemi