Bakı. 8 iyun. REPORT.AZ/ Cari il iyulun 11-də "Dekabank"ASC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 14/16 ünvanında "Dekabank"ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə bank rəsmi qəzetdə elan yerləşdirib.
Yığıncağın gündəliyinə 2015-ci il maliyyə hesabatının təsdiqi, Bankın nizamnaməsində dəyişikliyin edilməsi və digər məsələlər daxildir.