​"Dekabank"ın rəhbərliyinə yeni təyinatlar olub

​"Dekabank"ın rəhbərliyinə yeni təyinatlar olub Bankın Müşahidə Şurasının qərarı ilə İdarə Heyətinə 2 yeni üzv seçilib
Maliyyə
19 İyul , 2016 11:44
​Dekabankın rəhbərliyinə yeni təyinatlar olub

Bakı. 19 iyul. REPORT.AZ/ "Dekabank" ASC-nin Müşahidə Şurasının (MŞ) qərarı ilə Bankın İdarə Heyətinə (İH) 2 yeni üzv seçilib. Bu barədə "Report"a Bankdan məlumat verilib.

Məlumata görə, yeni üzvlərdən biri Abdullayev Elcan Söhrab oğludur. Onun "Dekabank"a digər bankdan gəldiyi bildirilir. E.Abdullayev "Dekabank"da həm də Müştərilərə xidmət departamentinə rəhbərlik edir.

Həmçinin "Dekabank"ın Ümumi işlər və təminat departamentinin direktoru, təxminən 3 ay bundan əvvələ qədər İH-də təmsil olunan Səfərov Adil Bəylər oğlu yenidən öz vəzifəsinə təsdiqlənib.

Hazırda Bankın İH-nə Əliyev İsmayıl Araz oğlu rəhbərlik edir. O, "Dekabank"ın səhmdarlarının bu il, mayın 23-də keçirilmiş növbədənkənar yığıncağında sədr vəzifəsinə təyin edilib.

"Dekabank" 1992-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,767 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 100 manat olan 47 970 səhm əsasında formalaşıb.

Hazırda Bank kapitalını artırmaqdadır. Bu məqsədli eyni nominalda 22 700 səhm Bakı Fond Birjasında, alternativ bazar seqmentində ticarətə buraxılıb. Bütün səhmlər satılsa, "Dekabank"ın nizamnamə kapitalı 24,97 mln. manat artaraq 77,737 mln. manata çatacaq. 

Son xəbərlər

Orphus sistemi