Daha bir bank Azərbaycan İpoteka Fonduna qoşulub

Daha bir bank Azərbaycan İpoteka Fonduna qoşulub "Bank VTB (Azerbaijan)" ASC İpoteka Fondunun müvəkkil kredit təşkilatlarının siyahısına əlavə edilib
Maliyyə
19 Noyabr , 2015 18:51
Daha bir bank Azərbaycan İpoteka Fonduna qoşulub

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatlarının siyahısına daha biri əlavə olunub. "Report"un verdiyi xəbərə görə, "Bank VTB (Azerbaijan)" ASC Fondun müvəkkil bankları sırasına qoşulub. Beləliklə, Fondla əməkdaşlıq edən bankların sayı 31-ə çatıb.

Qeyd edək ki, indiyədək 719,283 mln. manat həcmində 17 743 ədəd ipoteka krediti verilib.

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2006-cı ildə başlanılıb. Hazırda adi ipoteka krediti ilkin ödəniş 20% olmaqla, illik 8% dərəcəsi ilə maksimum 25 il müddətinə verilir. Maksimal məbləğ 50 min manat təşkil edir. Güzəştli (sosial) ipoteka üçün isə ilkin ödəniş 15%, illik faiz dərəcəsi 4%-dir. Bu kreditlər üçün maksimal müddət 30 il təşkil edir.

Fond 588 mln. manatlıq aktivlərin idarə edilməsi və "sabit" proqnozlu "BBB-" reytinqi ilə Azərbaycan kapital bazarının aparıcı maliyyə institutlarından biridir.

Son xəbərlər

Orphus sistemi