Beləliklə, emissiyanın həcmi 101 120 000 dollar təşkil edir. Bu, artıq QSC-nin üçüncü istiqraz buraxılışıdır. Bundan əvvəl, bu ilin iyulunda 1 246 355 000 dollar məbləğində və may ayında 917 320 800 dollar məbləğində iki buraxılış qeydiyyata alınıb. Hər iki buraxılışın istiqrazlarının dövriyyə müddəti 10 il, illik faiz dərəcəsi isə Libor+1% təşkil edir.
"Cənub Qaz Dəhlizi"nin nizamnamə kapitalının həcmi 100 mln. dollar təşkil edir. Burada 51 mln. dollarlıq pay Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, 49 mln. dollarlıq pay isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.