​Çindəki iqtisadi böhran bütün dünyaya yayıla bilər

​Çindəki iqtisadi böhran bütün dünyaya yayıla bilər Çinin məcmu xarici borcu 30 trln. dolları keçərək ÜDM-in 300%-nə çatıb
Maliyyə
3 Noyabr , 2015 18:04
​Çindəki iqtisadi böhran bütün dünyaya yayıla bilər

Bakı. 3 noyabr. REPORT.AZ/ Çinin hər hansı böyük şirkətinin qiymətli kağızlarını defolt elan etməsi bütün dünyaya mənfi təsir göstərəcək. "Report"un "McKinsey" beynəlxalq konsaltinq şirkətinə istinadən verdiyi xəbərə görə, Çinin məcmu xarici borcu 30 trln. dolları keçərək ÜDM-in 300%-nə çatıb.

Qeyd edək ki, 2007-ci ildə dünya iqtisadiyyatında başlayan böhran ərəfəsində Çinin xarici borcu 7,4 trln. dollar təşkil edib və bu, ÜDM-in 158%-ni təşkil edib. Məhz belə böyük məbləğdə monetar ekspansiya Çinin 2008-2009-cu illərdə qlobal böhrandan yayınmasına yardım edib. Bildirmək lazımdır ki, Avropa Mərkəzi Bankının hazırda həyata keçirdiyi monetar ekspansiyanın həcmi sadəcə 1,1 trln. avro (1,2 trln. dollar) həcmindədir.

Çin 2008-2014-cü illərdə borc yükünü artırmaqla Avstraliya və Braziliya başda olmaqla, bir çox ölkədən xammal idxal edərək qiymətlərin düşməsinin qarşısını alıb. Lakin iqtisadçıların da təhlildə çətinlik çəkdiyi bir məqam budur ki, 2014-cü ilin yayından etibarən Çin bankları kreditləşməni, hətta mövcud kredit xətlərini dayandırmağa başlayıb. Nəticədə Çinə xammal ixrac edən ölkələr tələbatın azalması səbəbindən iqtisadi böhranla üzləşib.

"Bank of America"nın iqtisadçısı Devid Kyunun sözlərinə görə, Çinin 30 trln. dollardan artıq borc yükü hər hansı bir şirkətin defolt elan etməsi ilə "domino" effekti yaradaraq nəinki Çin, bütün dünyaya ciddi təsir edəcək. Analitik qeyd edib ki, maliyyə bazarlarının hazırkı imkanları Çindəki sabitliyin yalnız bir neçə rüb ərzində qorunmasına kömək edə bilər.

Son xəbərlər

Orphus sistemi