Bakı. 12 avqust. REPORT.AZ/ Çin Mərkəzi Bankı (ÇMB) bu gün milli valyuta - yuanı daha 1,62% devalvasiya edib.
"Report" xəbər verir ki, ÇMB dünən, avqustun 11-də yuanı 1,86% devalvasiya edərkən bu qərarın bir dəfəlik olduğunu bildirsə də, bu gün fikrini dəyişib.
Beləliklə, yuan son iki gündə 4%-ə yaxın devalvasiya edilib.