Çin tarixində ən bahalı xarici investisiya anlaşması həyata keçirilib

Çin tarixində ən bahalı xarici investisiya anlaşması həyata keçirilib "ChemChina" şirkəti İsveçrənin "Syngenta AG" şirkətini 43 mlrd. dollara alıb
Maliyyə
22 Avqust , 2016 19:17
Çin tarixində ən bahalı xarici investisiya anlaşması həyata keçirilib

Bakı. 22 avqust. REPORT.AZ/ Çinin kimya sənayesində fəaliyyət göstərən "ChemChina" şirkəti, İsveçrənin "Syngenta AG" şirkətini 43 mlrd. ABŞ dollarına alaraq ölkə tarixində rekord məbləğ sayılan xarici investisiya anlaşmasını həyata keçirib. 

"Report", "Financial Times"a istinadən xəbər verir ki, anlaşma ABŞ-ın İnvestisiyalar üzrə Komitəsi (CFİUS) tərəfindən müsbət qiymətləndirilib. Dünyanın ən böyük aqrokimya şirkəti olan "ChemChina"nın isveçrəli rəqibini almaq planları bu ilin fevralında məlum olub. Qeyd edək ki, bu ticarət anlaşmasının həyata keçməsi üçün hər iki şirkət CFİUS-dan əlavə dünyada tənzimləyici antiinhisar orqanlarının razılığını almalıdır. Şirkət rəsmilərinin birgə bəyanatında bildirilib ki, hazırda tənzimləyici orqanlarla konstruktiv dialoq aparılır və hər iki şirkət bu təşkilatlarla sıx əməkdaşlıq edir.

Qeyd edək ki, "ChemChina"da 140 min nəfər işçi çalışır və bunun 45 mini ölkə xaricində şirkətin filiallarında yer alıb. "Syngenta"nın 28 min işçisi isə 90-dan çox ölkədə fəaliyyət göstərən ofislərdə çalışırlar. 

Son xəbərlər

Orphus sistemi