​Çin iqtisadiyyatında proqnozlaşdırılandan çox artım qeydə alınıb

​Çin iqtisadiyyatında proqnozlaşdırılandan çox artım qeydə alınıb Çin iqtisadiyyatı bu ilin 3-cü rübündə 6,9% artım göstərib
Maliyyə
19 Oktyabr , 2015 13:48
​Çin iqtisadiyyatında proqnozlaşdırılandan çox artım qeydə alınıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Çin iqtisadiyyatı bu ilin 3-cü rübündə iqtisadi təhlilçilərin proqnozlarından daha çox, 6,9% artım göstərib. "Report" xəbər verir ki, bunu Çin Milli Statistika Komitəsi açıqlayıb. Komitə, ölkədə həyata keçirlən monetar və maliyyə dəstəyinin iqtisadiyyata müsbət təsirini göstəriyini bildirib. "Bloomberg" agentliyinin ənənəvi keçirtdiyi sorğu anketində analitiklər Çin iqtisadiyyatının 6,8% artacağını ehtimal ediblər. Artım ehtimal ediləndən sürətli olsa da 2009-cu ilin ilk rübündən etibarən ən yavaş rüblük artım olub. Çin iqtisadiyyatı ixracdakı azalma və emal sənayesində yavaşlamanı güclənən xidmət sektoru və istehlak ilə kompensasiya edə bilib. Qeyd edək ki, Çin hökuməti 7% 2015-ci il hədəf iqtisadi artımdan çox uzaqlaşmamaq üçün 2014-cü il noyabrından etibarən uçot dərəcələrini 5 dəfə azaldıb və son aylarda investisiya xərclərini artırıb.

Qeyd edək ki, Çin keçən il qlobal ÜDM-in 13,3%-ni təşkil edib. Bu rəqəm 10 il bundan əvvəl 5%-dən az olub. Çin fond birjası Çin iqtisadiyyatındakı yavaşlama ilə birliktə bu ilin iyun ayının 12-də 5178 bənddən azalmağa başlayıb və 27 avqustda 2850 bəndə enib. Azalma 45% təşkil edib. Hazırda bir qədər canlanan "Shanghai Composite" indeksi 3400 səviyyəsində qərarlaşıb. "Report" analitik qrupu indeksin 3650-3700 səviyyəsinə qədər artdıqdan sonra yenidən azalmağa başlayacağını və 2300-2500 bənd intervalına qədər çatacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi